Hər şeyə rəğmən həyata davam etmək, itirdiklərinə, qazandıqlarına rəğmən. Hətta qazanacağına inanmadığın münasibətlərə belə, nə biləsən bu yolun sonunda səni nə gözləyir?
Amma bütün bunları düşünüb, geriyə addım atmağa dəyərmi? Hər nə olursa olsun irəliyə, yalnız irəliyə doğru addımlamaq. Onsuz da bu həyatda günlərimizi bir-birinə calayaraq ömrümüzü başa vururuq. Olmaz ki bura bir az sevgi, səmimiyyət və digər gözəllikər qataq?
Məncə bütün bunlar bizim öz əlimizdədi. Kimlərsə gəlib bizə həyatın formulunu verməyəcək. Verə də bilməz. Əgər bu gün mövcuduqsa deməli nələrisə dəyişmək şansımız da var. Bu şansdan yararlanmaq isə hər dəfə mümkün olmur. Dünəni düşünüb kədərlənsək, sabahı düşünüb vəsvəsəyə düşsək, bəs bu günümüzü kim yaşayacaq?
Necə deyərlər “Sonunu düşünən qəhrəman ola bilməz”. Gəlin, özümüz, öz həyatımızın qəhramanı olaq.
Sevgi və sayğılarımla…

Yorum bırakın