Şərqi düşünün…
İranın ucqar əyalətində böyümüş bir qız düşünün. Atasının, qardaşlarının təsiri ilə böyüyən, düşünməyi belə qadağan olunmuş bir qız. Saf sevgisi əlindən alınmış, məcburi ərə verilmiş bir qız.
Bir qadın düşünün…
Həyatın bütün çətinliklərindən məharətlə çıxmış, üzü qırışmış, bununla beləmənliyini qorumağı bacarmış bir qadın. İnqilabların, müharibələrin, hətta edamların belə yıxa bilmədiyi bir qadın. Uşaqları üçün yaşayan, onların xoşbəxtliyi üçün hətta saf sevgisindən belə imtina edən bir qadın…
Uzun müddətdir ki belə roman oxumamışdım. Dili sadə, amma məğzi çox ağır. Bir qadının dilindən öz keşməkeşli həyatını dinləmək qədər…
Avqust 2017

Yorum bırakın