“Bütün intiharlar cinayətdir”
Kitabda qarşıma çıxan bu cümləni kitabın bir növ sloqanı da adlandırmaq olar. Əsərin əsas qayəsini təşkil edən intiharlar və onların arxasında duran məqamları araşdırmaqla məşğul olan Doktor Səid. Diqqəti, peşəkarlığı ilə qarşısına çıxan intiharları araşdırmaqla, eyni zamanda onların arxasında duran psixoloji məqamları işiqlandırmaqla Səid əslində nə demək istəyir? Ayrı-ayrı vaxtlarda və yerlərdə baş verən intiharların əsl səbəbləri nələrdir? Bəlkə Səid bu intiharları araşdırmaqla vaxtilə yoxa çıxmış atasından bir xəbər, kiçik bir işartı tapmaq istəyir?
Kitabı oxuduqca özümdə düşündüyüm bu suallara müəyyən qədər cavab tapa bildim. Səid anası istəydiyi üçün Ülviyyə ilə nişanlanması, əslində isə ona heç zərrə qədər də maraq göstərməməsi isə xüsusi olaraq diqqətimi çəkdi. Müəllif bununla cəmiyyətimizdə sevgisiz, sadəcə kiminsə arzusu, istəyi və xahişi ilə qurulmuş yüzlərlə ailəyə xitab edir. Milli “dəyərlər” arasında xüsusi yeri olan bu məsələyə müəllifin yanaşmasını bəyəndim.
Bu roman müəllifin ilk işi olsa da məni kifayət dəqər özünə cəlb edə bildi. Kitab ola bilər ki bəzi oxucularda güclü dedektiv əsər təsiri bağışlamasın, amma toxunulan mövzuların kifayət qədər aktual olması, və bilavasitə onların axrasında duran psixoloji məqamların obyektiv olaraq işıqlandırılması çox təqdirəlayiqdir.
Kitabı oxuduqca hekəyənin sadə və axıcı dillə təsviri, obrazların həyat tarixçələri ilə tanışlıq əsəri daha da anlaşılan edir. Sonluğun məni bu qədər təəccübləndirəcəyini isə heç düşünməzdim. Romanın sonunda müəllifin kitabın davamı olacağına işarə etdiyi də diqqətimdən qaçmadı. Buna çox sevindim. Tezliklə rəfimdə ikinci kitabı görməyim diləyilə. Uğurlar Vüsal Aydın ☺️”
Dekabr / 2017

Yorum bırakın