2021-ci ilin əvvəllərində, intihar xəbərlərinin geniş vüsət aldığı günlərdə “Libraff” kitab evi Mett Heyqin “Sağ qalmaq üçün səbəblər” kitabını pulsuz payladığını sosial şəbəkələrdə paylaşmışdı. Birini də mən əldə etdim. Maraq xatirinə oxumağa başladım.
Kitabın adını oxuyanda bir az qəribə gələ bilər. Nədən sağ qalmaq?
Ümumiyyətlə , bu kitab nədən bəhs edir?
Bir az araşdırdıqda yazarın yazırda 46 yaşında oluğunu və bu günə qədər 25 kitab yazdığını öyrəndim. Düşündüm ki, bunu oxumağa dəyəcək.
Mett Heyq bu kitabında (Sağ qalmaq üçün səbəblər) depressiyada keçirdiyi hissləri başdan sona kimi qələmə alıb. Amma hər şey bitdikdən sonra…
Kitab 5 hissədən ibarətdir
- Çöküş
Hər şeyin necə başlandığı, qəribəliklər, emosional və fiziki dəyişikliklərə axtarılan cavablar.
- Eniş
Diaqnoz, dərmanlar, narahatlıqlar və bunların fonunda fırlanan dünya.
- Dirçəliş
Alınan dəstək və müalicələrdən sonrakı vəziyyət
- Yaşamaq
O artıq hər şeyi qəbullanıb?
- Mövcudluq
Bütün bu ağrı-acı, iztirabların sonu necə bitir? Mett necə olur ki, depressiyaya qəlib gəlir? Yaxud o, həqiqətənmi qalib gəlir?
Bütün bu sual və tərəddüdlərin nə ilə nəticələndiyini oxuduqdan sonra bilmək olacaqdır.
Kitab maraqlı idimi?
Kitabın bədii əsər olmaması ilk başda diqqətimi çəkmişdi. Adətən insanların adi əhval pozuntusunu “Depressiya” adlandırmasındən fərqli olaraq, yaşanmış real hadisələri görə, onun keçirdiyi hissləri duya bilirik.
Bütün problemlərin heç də öz-özünə – “əşi fikir vermə, düzələr, cavan adamsan, nolub ee sənə?” kimi təsəlli xarakterli cümlələrlə keçib getməyəcəyini görə bilirik.
Ən böyük dəstəyi insanın özünün özünə verə biləcəyini görürük. Bunun fonunda uzanan yardım əlini geri çevirməməyi öyrəmnək barədə düşünə bilirik.
Yaşamaq üçün, sevib-sevilmək üçün, qurub-yaratmaq üçün, öyrənmək və öyrətmək üçün səbəblər tapa bilirik.
Müəllif deyir: “Yaxşı insan olmaq adama xoş gəlir, bizə bu dünyada tək olmadığımızı başa salır, bu, dünyamızda çox böyük əhəmiyyətə malikdir. Hamımz önəmliyik, çünki hamımız canlı insanıq. Beləliklə, mehribanlıq və mərhəmət görə bildiyimiz, daha böyük şəkildə hiss etdiyimiz aktiv yoldur. Nəticə olaraq hamımız eyni yaradılışıq. Biz elə həyatın özüyük. Şüurlu insanlarıq. Ona görə də cəmiyyətin bir parçası kimi xoşbəxt ola bilərik, daha təcrid olunmuş dərviş kimi yox. Bədənimizdə məhv olan hüceyrələr kimi cismani məhv ola bilərik, amma həyat bizdən sonra da davam edir. Çünki həyat birgə təcrübədir, bunu yaşayaraq davam edirik.”
Hər nə olursa, olsun, həyatı sevməyimiz və onu yaşamağımız eşqilə…

Yorum bırakın